Ən yaxşı dəstək xidməti

Sürücülər istənilən suallarla bağlı bizə WhatsApp, 077 270 78 88 mobil nömrə vasitəsilə müraciət edə bilərlər.

Asan və tez qeydiyyat

Sürücülər sənədləri təqdim etdikdən sonra 15 dəqiqə ərzində UBERə qoşuruq. Uberə qoşulmaq üçün yaş həddi ən azı 21 və sürücülük təcrübəsi 2 ildən artıq olmalıdır.

Etibarlı Partnyor

Biz hər bir sürücü ilə müqavilə bağlayırıq və bununlada ödənişlərin vaxtında keçməsinə zəmanət veririk. Nağdsız və bonusların pulunu gündəlik ödəyə bilirik.

Cəmi 16-19% UBER komissiyası. Sürücülərə əlavə bonuslar.

Bazarda ashagi partnyor komissiyasi. Suruculer ucun bonuslar ve müxtəlif kampaniyalar. Qeyd: Bu faizlərdə Uber-in və Partnyorun xidmət haqqları birgə göstərilib.

Çox saylı sifarişlər.

UBER müştərilərin rahatlığın düşünərək yeni kompaniyalara start verir və bununla müştəri sayı kəskin artır.Vətənimizə gələn qonaqların bir çoxu ilk taksi xidməti kimi UBER-dən istifadə edirlər.

Özün öz müdürin ol.

Sərbəst qrafik. Siz nə vaxt və neçə saat işləmək istədiyinizə özünüz qərar verirsiniz. İşlə şəxsi həyatınız arasında istədiyiniz kimi balans yaradın.

UBER sürücü "Taksometr" mobil proqramını yüklə

İlkin mərhələdə mobil proqram yalnız android əməliyyat sistemi ilə işləyir.

Əgər sənədlərin şəkillərini bizə göndərməmisinizsə işləyə bilməyəcəksiniz!

×

İtalqaz

10-12% endirim

Qiymətlər haqqında buradan məlumat alın.italqaz
Əlaqə: (050/55/70/77)352 52 92

Autogold Servis

10-30% endirim

Təmir işlərinə və ehtiyyat hissələrinə 10-30% endirim
Əlaqə: 0703189999
0516609999

Atasigorta

xüsusi endirimlər

Atasığorta Kasko sığortalarına xüsusi endirimlər
Əlaqə: (050)228 86 51

Technol

20% endirim

"Technol" motor yağı firma mağazalarında və şəhərin müxtəlif yerlərində yerləşən yağ dəyişmə məntəqələrində xüsusi təkliflər və kampaniyalar Babək pr,Maşın bazarı Əlaqə:(050/70)369 51 51

Azercell

Pulsuz

Pulsuz Azercell Koorparativ nömrələri

Ensis

25% endirim

"Ensis" hüquq şirkətinin xidmətləri (koorporativ hüquq, bank, lizinq məsələləri üzrə ixtisaslaşmış hüquq şirkəti) 25 % endirim. www.ensis.az

Premium Klinika

15% endirim

Premium Klinika xidmətlərinə 15% endirim

Bakcell

Pulsuz

30% endirim

Bakcell korporativ nömrələr pulsuz
Tariflərə 30% endirim.

Turizm.az

mövsümü təkliflər

Turizm.az şirkətindən mövsümü təkliflər

Azpetrol

balans = yanacaq

Balansda olan məbləği yanacaqla əvəzləşdirin

Unibank

güzəştli kredit

Biz tərəfdən təqdim olunan rəsmi arayışa əsasən güzəştli şərtlər ilə kredit əldə edin

AccessBank

Avtomİr

xüsusi təkliflər

Avtomobil aksessuarları dükanından xüsusi təkliflər
Əlaqə: Tel:(+994 12)496 36 90
Mob:(+994 70)504 55 04
(+994 77)616 01 01

Nar mobile

30% endirim

Korporativ nömrələr, danışıq və internetə 30% endirim

UBER Partnyor Klubunun üzvü olmaq üçün bizim Parkda ən azı 50 səfər tamamlamaq lazımdır. Klubun üzvləri müxtəlif endirim və kampaniyalardan yararlana biləcəklər. Bununla bərabər fəal Sürücülərimiz daha əlverişli təkliflərdən istifadə edəcəklər. Sürücülərin istəyinə əsasən balanslarında olan vəsait məbləğdən asılı olmayaraq gündəlik onların hesabına köçürülür. Əlavə olaraq Klub üzvləri balansda olan məbləği yanacaqla da əvəzləşdirə bilərlər.

REKLAM AVTOMOBİLİN TANINMASINI TƏMİN EDİR:

Sərnişin üçün gələn avtomobili tapmaq asan olur. Çox saylı taksilər olduğu yerlərdə, məsələn, dəmir yolu stansiyalarında və aeroportlarda kömək edəcəkdir.Ay ərzində minimum 300 gediş həyata keçirmək lazımdır-əks halda avtomobil əldə olunmuş üstünlüyü itirir.

Sifarişlərdə
prioritet (üstünlük)
verilir.
Avtomobilinizə reklam (brendinq) vurdurmaq istəyirsinizsə bizə müraciət edə bilərsiniz. Reklamlı avtomobil keyfiyyətli xidmət göstəricisidir. Sərnişin bu avtomobilin Sürücüsünə öz rahatlığını və təhlükəsizliyini tam əmanət edə bilər.

Xüsusi qiymətlər

UBER-lə öz şəxsi biznesinizi qurun!
Şəxsi avtoparkınız varsa
bizimlə gəlir əldə etmək- çox ASANdır!

Bizimlə əməkdaşlıqdan hansı üstünlükləri əldə edirsiniz :

Sizin avtoparkın işə salınması üçün hazır biznes-plan;

İnkişaf üçün hazır strategiya və UBER dəstəyi;

Avtomobillərin seçimində məsləhət;

Avtoparka sürücülərin və digər əməkdaşların işə götürülməsində kömək;

Sizin Avtoparkın işini aparan peşəkar menecer;

İstəyinizə uyğun olaraq gündəlik, həftəlik və aylıq hesabatlar.

Qeyd: Gəliriniz - avtomobilin texniki vəziyyətindən, yanacaq növü və sərfiyyatından, o cümlədən avtomobilin texniki xidmətinin qiymətindən asılıdır. Avtoparkın idarə olunması müqavilə şərtlərindən asılı olaraq tam və ya qismən şirkət tərəfindən həyata keçirilə bilər.Sürücülərin işinin effektivliyinə şirkət tərəfindən tam nəzarət olunur.

Müraciət Formu

Komandamızdan məsləhət və iş planı alın

Bu düyməni sıxmaqla siz fərdi məlumatların işlənilməsinə və İctimai oferta müqaviləsinin şərtlərinə razılıq vermiş olursunuz.

×

İCTİMAİ OFERTA MÜQAVİLƏSİ

Bakı ş.

Aşağıda əks olunananlar rəsmi təklif hesab edilən (bundan sonra - “Təklif” və ya “Müqavilə”)- ictimai Ofertadır. Bundan sonra “İcraçı” adlandırılacaq, Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən fəaliyyət göstərən Uberin Azərbaycandakı Rəsmi Partnyoru (bundan sonra-İcraçı) bəyan edir ki, İcraçının www.uber-partner.az / www.uber-qeydiyyat.com internet səhifəsində yerləşdirilən (təklif olunan) xidmətlərindən istifadə edilməsi üçün Təklifinə razılıq (Aksept) verən və müəyyən edilmiş şərtlərə cavab verən istənilən şəxs (bundan sonra Sifarişçi) aşağıda qeyd olunan şərtləri qəbul edərək Oferta təklifini qəbul etmiş və bu Müqaviləni imzalamış hesab ediləcək, Sifarişçi və İcraçı bundan sonra ayrı-ayrılıqda Tərəf, birlikdə isə Tərəflər adlandırılacaq.
Tərəflər arasındakı münasibətləri tənzimləyən bu Müqavilə Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq hüquqi qüvvəyə malikdir və tərəflərin iştirakı və ya əl ilə imzaladıqlarına bərabər tutulur. Əgər Sifarişçi Müqavilənin hər hansı bir maddəsinin şərtləri ilə razı deyilsə, Təklifin qəbul edilməsindən imtina etməlidir. İnformasiya Emalı Xidməti təqdim edən Şəxslərin xidmətlərindən istifadə etmək üçün Sifarişçi tərəfindən özünə və avtomobilinə dair məlumatların İcraçıya təqdim edilməsi və Servisdə şəxsi kabinetin yaradılması, Təklifin qəbul edilməsi (Aksept) anlamını verir və Müqavilənin qüvvəyə minmə vaxtı hesab olunur. Təklifin qəbul edilməsi (Aksept) heç bir istisna və/və ya məhdudiyyət olmadan Müqavilənin bütün şərtlərinin Sifarişçi tərəfindən tam və qeyd-şərtsiz qəbul edilməsi hesab olunur.

1. TERMİNLƏR VƏ ANLAYIŞLAR

1.1. Informasiya emalı xidməti – Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq informasiya xidməti göstərən hüquqi şəxs və ya fərdi sahibkar.
1.2. Servis – İstifadəçilərin sorğularını yerləşdirməyə imkan verən və İnformasiya Emalı Xidmətiİstifadəçilərinin Sorğularının avtomatik emal edilməsini və ötürülməsini həyata keçirən proqram-aparat kompleksi.
1.3. İnformasiya xidmətləri - Servisə daxil olmağa imkan verən xidmətlər
1.4. İstifadəçi - Servisi istifadə edən fiziki şəxs (sərnişin, müştəri).
1.5. Marketinq xidmətləri –Servisin təşviqinə dair aşağıda qeyd olunan tədbirlər:
- İstifadəçilərə verilən endirim (promo kod, kupon və sair güzəştlər);
- Sifarişçiyə müvafiq şərtlər əsasında verilən əlavə mükafat (bonus və s);
- servisin tanıdılması üzrə xidmətlər və s.
1.6. Sorğu - avtomobil ilə sərnişin və baqaj daşınması üzrə xidmətlərə potensial tələbat barədə İstifadəçi tərəfindən Servis çərçivəsində yerləşdirilmiş informasiya.
1.7. Hesabat dövrü - təqvim ayına bərabər dövr.
1.8. Şəxsi kabinet – bu Müqavilə üzrə göstərilən xidmətlər barədə Sifarişçiyə informasiyaya daxil olmağa imkan verən Servisin bir hissəsi.

2. MÜQAVİLƏNİN PREDMETİ

2.1. Sifarişçinin tapşırığına əsasən, İcraçı öz adından, lakin Sifarişçinin maraqlarına uyğun və onun hesabına:
2.1.1. Sifarişçiyə informasiya xidmətlərinin göstərilməsi məqsədilə İnformasiya xidmətləri göstərən şəxslərlə İnformasiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlayır və göstərilən İnformasiya xidmətlərinin Sifarişçi tərəfindən alınmasını təmin edir.
2.1.2. Müqavilənin 2.1.1-ci bəndində nəzərdə tutulmuş qaydada İnformasiya xidmətlərinin göstərilməsi barədə müqavilə bağladığı İnformasiya xidməti göstərən şəxslərlə Marketinq xidmətlərinə dair müqavilə bağlayır.
2.1.3. Sifarişçinin xeyrinə Sorğuların icrası ilə əlaqədar Sifarişçi tərəfindən İstifadəçilərə göstərilən xidmətin dəyəri İstifadəçilər tərəfindən nağdsız qaydada ödənildiyi halda həmin ödənişlərin alınması üzrə üçüncü şəxslərlə müqavilə bağlayır və üçüncü şəxslərin İstifadəçilərdən nağdsız qaydada yığdığı pul vəsaitlərini Sifarişçiyə çatdırılmasını təmin edir. Bu halda Sifarişçiyə çatan pul vəsaiti Sifarişçinin İstifadəçilərə göstərdiyi xidmətin dəyəri hesab olunur.
2.2. İcraçı Müqavilənin 2.1.1 - 2.1.3 bəndlərinə müvafiq olaraq bağlanmış müqavilənin şərtlərini müstəqil olaraq müəyyən edir, bununla yanaşı o, formalaşmış bazar şərtlərindən irəli gələrək vicdanla, ağlabatan və ədalətli şəkildə hərəkət edir.
2.3. İcraçı sərnişin və baqaj daşınma xidmətlərinin göstərilməsi fəaliyyəti ilə məşğul olan digər şəxslərlə analoji Müqavilə bağlamaq hüququna malikdir.

3. İCRAÇININ ÖHDƏLİKLƏRİ

Kİcraçı öhdəliyinə götürür:
3.1. Öz adından, lakin Sifarişçiin maraqlarına uyğun və onun hesabına Müqavilənin 2.1.1 - 2.1.3 bəndlərində nəzərdə tutulmuş müqavilələri bağlamaq.
3.2. Sifarişçiyə İnformasiya xidmətlərinin alınmasında köməklik göstərmək.
3.3. Öz adından və Sifarişçiin hesabına İnformasiya xidmətlərinin göstərilməsinə görə İnformasiya xidmətləri göstərənlə hesablaşmalar aparmaq.
3.4. Müqavilənin 2.1.2 - 2.1.3 bəndlərində nəzərdə tutulmuş müqavilələr üzrə üçünçü şəxslərdən alınmış Sifarişçiyə çatacaq pul vəsaitlərinin üçüncü şəxslərdən aldığı andan etibarən (2-10) iş günündən gec olmayaraq köçürülməsini təmin etmək.
3.5. Müqavilənin 5-ci bölməsində müəyyən edilmiş qaydada və müddətə tapşırığın icrası barədə Sifarişçiə məlumat təqdim etmək.
3.6. Sifarişçi tərəfindən İnformasiya xidmətlərinin alınması məqsədilə veb-interfeysə daxil olmaq üçün İnformasiya xidmətləri göstərən şəxslərlə qarşılıqlı əlaqə yaratmaq.

4. SİFARİŞÇİNİN ÖHDƏLİKLƏRİ

Sifarişçi öhdəliyinə götürür.
4.1. Müqavilənin 2.1.1 - 2.1.3 bəndlərində nəzərdə tutulmuş müqavilələr üzrə İcraçıdan bütün aldıqlarını dərhal qəbul etmək.
4.2. Müqavilədə nəzərdə tutulmuş tapşırıqların icrasına görə İcraçıya bu Müqavilənin 6-cı bölməsində nəzərdə tutulmuş qaydada və şərtlərlə xidmət haqqı ödəmək.
4.3. Bu Müqavilənin 6-cı bölməsində nəzərdə tutulmuş qaydada və şərtlərlə İcraçıin xidmət haqqını vaxtında ödənilməsini təmin etmək.
4.4. Müqavilənin 2.1.1. bəndinə müvafiq olaraq bağlanmış İnformasiya xidmətlərinin göstərilməsi barədə müqavilələrdə nəzərdə tutulmuş Servis şərtlərinə uyğun olaraq avtomobil nəqliyyatı vasitəsilə sərnişinlərin və baqajın daşınması üzrə İstifadəçilərə xidmət göstərmək.
4.5. İstifadəçilərə xidmət üçün istifadə edilən avtomobil nəqliyyatı vasitəsinin texniki vəziyyətinin saz olmasını təmin etmək.
4.7. Sərnişin daşınması üzrə müvafiq qanunvericiliyin və Servisin tələblərini təmin etmək.
4.6. İcraçıin sorğusu ilə 3 (üç) gün ərzində Sifarişçi barədə bir daşıyıcı kimi İnformasiya xidmətləri göstərən şəxsin tələb etdiyi istənilən məlumatı təqdim etmək.
4.8. Bu Müqavilə üzrə nəzərdə tutulan fəaliyyəti ilə bağlı yaranan vergi və qanunvericiliklə nəzərdə tutulmuş digər öhdəlikləri (rüsumları, ödənişləri və s.) vaxtlı vaxtında həyata keçirmək.
4.9. Bu Müqavilənin şərtləri əsasında Servisə bir neçə avtomobil nəqliyyat vasitəsi qoşduğu halda:
4.9.1. Avtomobil nəqliyyat vasitələri üzərində qanunvericiliyə uyğun sərəncam vermək hüququnu təsdiq edən sənədləri İcraçıya təqdim etmək;
4.9.2. Avtomobil nəqliyyat vasitələrini idarə edən fiziki şəxslərə (bundan sonra- sürücü/sürücülərə) dair zəruri məlumatları İcraçıya təqdim etmək və bu məlumatların İcraçı tərəfindən işlənilməsinə dair həmin şəxslərdən (sürücülərdən) razılıq almaq. Sifarişçi onun sərancamında olan avtomobil nəqliyyat vasitələrini idarə edən sürücülərin Azərbaycan Respublikasının sərnişin daşınması üzrə qanunvericiliyinin və Servisin tələblərinə uyğunluğunun yoxlanılmasına və riayət edilməsinə cavabdehlik daşıyır.
4.10.Servisə qoşduğu hər bir reklamlı (brendinq) avtomobil nəqliyyat vasitəsi təqvim ayı ərzində ən azı (300) gediş həyata keçirməlidir. Əks halda brendinq (reklamlı) avtomobillərə verilən üstünlük (prioritet) ləğv oluna bilər və reklamın vurulmasına dair çəkilən xərclər (o cümlədən sənədləşmə üçün) Sifarişçi tərəfindən qarşılanır.

5. SƏNƏD VƏ SORĞULARIN ELEKTRON MÜBADİLƏSİ

5.1. İcraçınin səlahiyyətli şəxsi tərəfindən tərtib edilmiş və Sifarişçiyə elektron poçt və/və ya Şəxsi kabinet və/və ya digər elektron rabitə vasitəsilə göndərilmiş Sənəd, Tərəflər arasında etibarlı sənəd kimi qəbul edilir və əgər, bu sənədin Müqavilə üzrə Tərəfdən daxil olması və Müqavilə üzrə Tərəf üçün nəzərdə tutulması və Sifarişçinin İnformasiya xidmətlərinə qoşulma zamanı Tərəflər arasında göstərilən elektron rekvizitlərdən göndərilməsi müəyyən edilibsə, hüquqi qüvvəyə malik olan ilkin sənəd hesab edilir.
5.2. Elektron poçt və/və ya Şəxsi kabinet və/və ya digər elektron rabitə vasitəsilə göndərilən Sənədin alınma tarixi, Sənəd göndərilən günün növbəti iş günü hesab edilir.
5.3. Sifarişçi tərəfindən alınmış Sorğuların detallarını Şəxsi kabinetə daxil olmaqla əldə etmək olar.
5.4. Sorğu və ya Sənəd üzrə etirazların yarandığı təqdirdə, Sifarişçi Sorğunu və ya Sənədi aldığı gündən etibarən 3 (üç) iş günü ərzində İcraçıə məlumat verməlidir.

6. XİDMƏT HAQQI VƏ XƏRCLƏRİNİN KOMPENSASİYASI

6.1. Müqavilənin 2.1. bəndində nəzərdə tutulmuş xidmətlərin icrasına görə Sifarişçi İcraçıya 7 ( yeddi ) faiz məbləğində xidmət haqqı ödəyir. Müqavilənin 6.1. bəndində nəzərdə tutulmuş Xidmət haqqına, İcraçı tərəfindən bu Müqavilə üzrə öhdəliklərinin icrası prosesində çəkdiyi bütün xərclər daxildir.

7. TƏRƏFLƏRİN MƏSULİYYƏTİ VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI

7.1. Tərəflər bu müqavilə üzrə nəzərdə tutulmuş fəaliyyətdən irəli gələn vergi və qanunvericiliklə müəyyən olunmuş digər öhdəliklərin (rüsumların, ödənişlərin və s.) icrasına görə bir birinin qarşısında məsüliyyət (cavabdehlik) daşımır.
7.2. Müqavilə üzrə öhdəliklərini icra etməyən və ya layiqincə icra etməyən Tərəf, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə və Müqavilənin şərtlərinə uyğun olaraq məsuliyyət daşıyır.
7.3. Müqavilənin icrası və ya onunla əlaqədar meydana çıxan bütün mübahisələr və fikir ayrılıqları tərəflər arasında danışıqlar yolu ilə həll olunacaqdır.
Əgər tərəflər razılığa gələ bilməsələr, mübahisələr qanunvericiliklə nəzərdə tutulmuş qaydada həll olunur.

8. FORS-MAJOR

8.1. Tərəflərdən heç biri yanğın, sel, zəlzələ, digər istənilən təbii fəlakət, müharibələr, istənilən xarakterli hərbi gedişatlar, mühasirələr, idxal və (və ya) ixrac qadağası, həmçinin mövcud qanunvericiliyin dəyişilməsi və iqtisadi və siyasi xarakterli digər məhdudiyyətlərin nəticəsində öhdəliklərini tam və ya qismən icra etməməsinə görə məsuliyyət daşımayacaqdır.
8.2. Müqavilə üzrə öhdəliklərinin icra edilməsi mümkün olmayan hallarla rastlaşan Tərəf, 3 (üç) iş günündən gec olmayaraq qarşı Tərəfə müqavilənin 12.5-ci bəndində müəyyən edilmiş qaydada yuxarıda adıçəkilən halların başlanması və bitməsi barədə məlumat verməlidir.
8.3. Əgər Tərəflərdən biri qarşı tərəfi şərtləndirilmiş müddət ərzində qarşısıalınmaz halların başlanması və ya bitməsi barədə məlumatlandırmasa, o bu cür hallara istinad etmək hüququndan məhrum olur.

9. MÜQAVİLƏNİN ŞƏRTLƏRİNİN DƏYİŞDİRİLMƏSİ VƏ XİTAM VERİLMƏSİ

9.1. Bu Müqavilə üzrə razılaşmış şərtlərə edilən əlavə və dəyişikliklər Tərəflərin imzası və ya aksepti ilə təsdiqləndikdən sonra Müqavilənin ayrılmaz hissəsi hesab olunaraq hüquqi qüvvəyə malikdirlər.
9.2. Müqaviləyə aşağıdakı hallarda xitam verilə bilər:
9.2.1. Tərəflərin razılığı ilə istənilən zaman;
9.2.2. Müqaviləyə xitam verilməsinə ən azı 30 (otuz) gün qalmış qarşı Tərəfə mütləq bildiriş verilməklə birtərəfliqaydada;
9.3. Müqavilə üzrə davam ediləcək öhdəliklərin icrası (o cümlədən qarşılıqlı hesablaşmalar üzrə öhdəliklər) Müqavilə qüvvədən düşdükdən sonra belə qüvvədə qalır.

10. MÜQAVİLƏNİN MÜDDƏTİ

10.1. Müqavilə imzalanan tarixdən qüvvəyə minir və 1 (bir) il qüvvədə qalacaqdır.
10.2. Əgər müqavilənin bitməsinə ən azı 30 (otuz) gün qalmış Tərəflərdən heç biri müqavilənin ləğv edilməsi barədə qarşı Tərəfə məlumat verməzsə, Müqavilə avtomatik olaraq növbəti il müddətinə uzadılır. Bu cür uzadılmaların sayı məhdud deyil.

11. MƏLUMATLARIN İŞLƏNİLMƏSİ

11.1. İcraçının internet səhifəsi üzərindən Servisə qoşulması üçün Sifarişçi aşağıdakı məlumatları təqdim etməlidir:
- Sürücülük vəsiqəsinin şəkillərini (ön və arxa tərəfi)
- Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin şəkilləri (ön və arxa tərəf)
- Nəqliyyat vasitəsinin idarə edilməsi hüququnu təsdiq edən etibarnamənin şəkillərini (zərurət olarsa);
- Fiziki şəxsin sahibkar kimi dövlət qeydiyyatına alınmasına dair Şəhadətnamənin (VOEN) şəkilini (ön və arxa tərəf)
- İstifadəçiyə xidmət göstərdiyi Mobil telefon nömrəsi barədə məlumat.
11.2 Sifarişçi Servisin informasiya xidmətlərindən istifadə edilməsi üçün aşağıda qeyd olunan məlumatlarınInformasiya emalı xidməti göstərən şəxslərə (informasiya sistemlərinin hansı geoqrafi məkanda yerləşməsindən asılı olmayaraq) ötürülməsinə etiraz etmir:
11.2.1. Sifarişçinin:
- Adı, Soyadı, Ata adı;
- İstifadəçiyə xidmət göstərdiyi Mobil telefon nömrəsi barədə məlumat;
- Sürücülük vəsiqəsinin seriya və nömrəsi barədə məlumat;
- Təvəllüdü barədə məlumat;
- Sürücülük vəsiqəsinin alınma tarixi və etibarlılıq müddəti barədə məlumat;
- Sərəncamında olan avtomobil nəqliyyat vəsitəsinin rəngi, modeli, buraxılış ili və dövlət qeydiyyat nişanı barəsində məlumat;
- Zərurət yaranarsa Sürücülük vəsiqəsində və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində qeyd olunan digər məlumatları.
11.3 İcraçıya öz fərdi məlumatlarını təqdim etməklə Sifarişçi İcraçı tərəfindən bu fərdi məlumtları işləməyə razılıq verir.
11.4 Fərdi məlumatların işlənilməsi dedikdə fərdi məlumatlar üzərində aparılan əməliyyatlar (fərdi məlumatların yazılması, sistemləşdirilməsi, təzələnməsi, dəyişdirilməsi, çıxarılması, adsızlaşdırılması, saxlanması, ötürülməsi, məhv edilməsi) nəzərdə tutulur.

12. DİGƏR ŞƏRTLƏR

12.1. Müqavilə və onun icrası Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
12.2. İcraçı bu Müqaviləinin 6.1-ci bəndində göstərilən xidmət haqqının məbləğinin (faiz dərəcəsinin)dəyişdirilməsi hüququnu özündə saxlayır. Xidmət haqqının məbləğinin (faiz dərəcəsinin) dəyişdirilməsi Sifarişçiyə bildiriş verməklə və ya bu barədə məlumatı Servisdə şəxsi kabinetdə yerləşdirməklə (tutulan faiz məbləği əks olunur) həyata keçirilir.
12.3 Sifarişçinin Servisin istifadəsi ilə bağlı İnformasiya xidmətləri göstərən şəxslər ilə yaranan münasibətləri (məxfilik siyasəti, maliyyə, bonus, xidmət haqqı və digər) Servisdə şəxsi kabinetdə yerləşdirilən onlayn (elektron) sənədlərə və onlayn əks olunan digər məlumatlara əsasən tənzimlənir. İcraçı Servisin istifadəsi ilə bağlı qaydaların dəyişdirilməsinə görə cavabdehlik daşımır.
12.4. Müqavilə üzrə bütün bildirişlər qarşı Tərəfə elektron poçt və/və ya Şəxsi kabinet və/və ya digər elektron rabitə vasitəsilə göndərilir. Elektron poçt və/və ya Şəxsi kabinet və/və ya digər elektron rabitə vasitəsilə göndərilən bütün sənədlərin surətləri, Tərəflər arasında etibarlı sənəd kimi qəbul edilir və əgər, bu sənədin Müqavilə üzrə Tərəfdən daxil olması və Müqavilə üzrə Tərəf üçün nəzərdə tutulması və Sifarişçinin İnformasiya xidmətlərinə qoşulma zamanı Tərəflər arasında göstərilən elektron rekvizitlərdən göndərilməsi müəyyən edilibsə, hüquqi qüvvəyə malik olan ilkin sənəd hesab edilir.
12.5. Məlumatlandırmanın əlavə vasitəsi, Sifarişçiin şəxsi kabinetində sənədlərin yerləşdirilməsi hesab edilir. Sifarişçi Müqavilə çərçivəsində fəaliyyətinin həyata keçirilməsi üçün daxil olduğu şəxsi kabinet vasitəsilə Tərəflərin bir-birlərinə göndərdiyi sorğular, bildirişlər, hesabatlar və sənədlərin surətləri, həmçinin sadə yazılı formada tərtib olunan sənədlər tam hüquqi sənəd kimi qəbul edilir.
12.6. Baxmayaraq ki, Tərəflər arasında Müqavilə mövcuddur və Servisin xidmətlərindən istifadə etməyiniz nəticəsində Sifarişçi, İcraçı və Üçüncü Tərəf arasında münasibətlər heç bir birgə müəssisə, ortaqlıq, aqentlik və ya məşğulluq münasibətləri yaratmır.
12.7.Sifarişçinin nağdsız gedişləri və qazanılmış bonusları üzrə üçüncü şəxs tərəfindən İcraçıya köçürülən və həmin vəsaitin Sifarişçiyə ötürülməsi üçün Tərəflər bir qayda olaraq öz aralarında kağız üzərində yazılı şəkildə və ya gücləndirilmiş elektron imza ilə təsdiqlənmiş müqavilə bağlayırlar.

*gəlirlər avtoparkın işinin formatından asılıdır

Kuryer işi - Çatdırılma

Qapıdan qapiya xidmətinə görə çatdırılma haqqı daha yüksək ola bilər.

İş vaxtını özünüz təyin edirsiniz. İstəsəniz gün ərzində cəmi bir neçə saat işləyə bilərsiniz.

Moto və piyada kuryerlərinin vasitələri ilə ən çox kiçik əşyalar çatdırılır - sənədlər, çiçəklər, açarlar və s. Bağlamanın maksimum çəkisi 10 kq-dır ki, onu daşımaq rahat olsun. Avtomobillərdə isə 20 kq-a qədər çəkisi olan və baqaja yerləşə bilən bağlamalar aparılır.

Nə qədər çox sifariş etsəniz, bir o qədər çox pul qazanırsınız. Ödəniş hər iş günü karta köcürülür.

Müraciət Formu

Bu məlumatları göndərməklə siz fərdi məlumatların işlənilməsinə razılıq vermiş olursunuz.

Çatdırılma tarifi haqqında daha ətraflı bu linkdən öyrənə bilərsiniz.

Tez-tez verilən suallar

Çox sadə
Avtomobilin və özünüzün sənədini onlayn bizə göndərin və qısa zamanda UBER sürücüsü olun.
QEYD: Biz Sizinlə əlaqə saxlamamış heç bir proqram yükləməyin.

Bunun üçün bizim 050 268 68 92 votsap nömrəsinə qeydiyyatda olan avtomobilinizin nömrəsini yazırsınız və balansla bağlı təlimatın göndərilməsini istəyirsiniz. Təlimata uyğun MilliOn və E-manat terminallarında ödəniş edib, ödəniş qəbzinin (çekinin) şəklini mütləq yuxarıda qeyd olunan votsap nömrəsinə göndərirsiniz. QEYD: Ofisdə balans artırılmır.

1) Avtomobilin yaxşı görünüşü (avtomobilin bütov gövdəsi), təmiz salon.
2) Müraciət olunan tarixdən etibarən avtomobilin istehsal müddəti 25 ildən artıq olmamalı və kondisioneri işlək vəziyyətdə olmalıdır.

Bu video təlimatdan Taksometr proqramının işlədilməsini izləyə bilərsiniz. İzləyin

Yüksək fəaliyyət göstəricisi və yüksək reytinq, ən əsasısa brendinq (avtomobil üzərində reklam) sizə daha çox sifariş almaq və buna görə daha çox qazanmaq imkanı verir

Nağdsiz gedişlərin ödənişi VOEN-ə bağlı bank kartına gündəlik köçürülə bilər. Əlavə olaraq bank kartı hazır olana kimi balansda kı pullarınızı nağd əldə edə və ya yanacaqla əvəzləşdirə bilərsiniz.

Bəli, Tərəfdaşınızı dəyişə bilərsiniz. Bunu etmək üçün sənədlərinizi bizə 077 270 78 88 WhatsApp nömrəsinə göndərin və bizdən cavab gözləyin. Parkımızda qeydiyyatdan keçdiyinizi bildirdikdən sonra Taximetrdən çıxmalı və növbəti girişdə Parkımızı seçməlisiniz.

Bir taksi parkından digərinə keçərkən sürücünün reytinqi köçürülür balansı isə - yox!

Bu sürücülərin fəaliyyətinin göstəricisidir. Daha çox sifariş daha yüksək fəaliyyət göstəricisi deməkdir. Sürücünün fəalliyət göstəricisi sifarişlərin tənzimlənməsində böyük rol oynayır

Yerinə yetirmə indeksi gəbul edilmiş və yerinə yetirilmiş sifarişlərin göstəricisidir. Əgər siz sifarişi gəbul etmisinizsə sizə 1-2 bal hesablanır. Əgər sifarişdən imtina edirsinizsə sizdən 14 bal silinir. Sifarişləri buraxdığınız halda məsafədən asılı olaraq aktivlik dərəcəsi aşağı enir. Sifarişlərin 85% gəbul edib yerinə yetirmək çox vacibdir, əks halda sizin xidmətə qirişiniz dayandırılacaqdır.

Bəzi sərnişinlərdə qediş endirimləri/kuponları olur. Qediş üçün qeyd olunan məbləğin endirim hissəsi sizin bank hesabınıza köçürüləcək

Əgər siz avtomobilinizi dəyişdirmisinizsə, bizə köhnə avtomobilin nömrəsini və yeni avtomobilin tex.passport, etibarnaməsini (varsa) təqdim edirsiniz. Bundan sonra Şirkətin mütəxəssisləri avtomobilin dəyişdirilməsi ilə bağlı bütün problemləri həll etməyə qısa zamanda sizə köməklik edəcək.

Sürücülük vəsiqənizi dəyişdirmisinizsə, hansı səbəbə görə olursa olsun (itkin, müddəti bitmiş və s.), bu barədə bizə məlumat verməlisiniz. Sürücü reytinqini qorumaq üçün yeni və əvvəlki sənədlər barədə məlumat təqdim etməlisiniz

UKN- uzaqdan keyfiyyətə nəzarət. Siz avtomobilin fotolarını təqdim etməlisiniz, yəni: avtomobilin sağ və sol tərəflərinin, ön və arxa oturacaqlarının, açıq baqajının və varsa uşaq oturacağının şəkilləri

Biz sizi Uberə heç bir ödəniş etmədən, gün boyu onlayn və oflayn şəkildə qoşuruq.

Bəli, iş və istirahət vaxtlarını siz özünüz təyin edirsiniz. Sizə uyğun olan zamanda işləyə və ya əsas işinizdən və təhsilinizdən qalan boş vaxtlarınızda pul qazana bilərsiniz.

“Qara siyahı” ya Uber tərəfindən müddətsiz (müddətli) bloklanan sürücülər daxildir. Buna bir necə səbəb ola bilər: keyfiyyətə nəzarət yoxlanışından keçməkdən imtina etmək, sürücünün günahı səbəbindən sifarişlərin pozulması, çirkli, zədələnmiş avtomobil, olmayan və ya zədələnmiş təhlükəsizlik kəmərləri, saxtakarlıq, gedişlərdə saxtakarlıq, sərnişinlərlə kobud davranış. Əgər siz “qara siyahı”ya düşmüsünüzsə texniki dəstək ilə əlaqə saxlayıb bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz. Bizim əməkdaşlar sizə lazım olan tövsiyələri verəcək və hər tərəfli dəstək olacaqlar.

×

Bu düyməni sıxmaqla siz fərdi məlumatların işlənilməsinə və Komissiya müqaviləsinin şərtlərinə razılıq vermiş olursunuz.